Yeni “Potter”: 10 illik sehrli macəra başlayır | Video+Fotolar

      Yeni “Potter”:    10 illik sehrli macəra başlayır    | Video+Fotolar
  04 Aprel 2026    Oxunub:2368
“HBO Max” striminq şirkəti Harri Potter haqqında serialın 2 dəqiqəlik ilk rəsmi tizerini yayımlayıb. Şounun bu il tamaşaçılara təqdim olunacağı gözlənilir.
Hermiona Qreyncer (Arabella Stenton)

“Max”ın orijinal layihələr şöbəsinin müdiri Sara Obri verdiyi açıqlamada layihənin üzərində iş zamanı inanılmaz bir dünya yaratdıqlarını bildirib. Hərçənd, fanatlar kastinqlə bağlı bəzi qərarları mübahisəli qarşılayıblar. Xüsusilə Severus Sneqq roluna qaradərili aktyorun (Paapa Essyedu) daha çox tənqid olunub. Xatırladaq ki, filmdə həmin ovrazı mərhum Alan Rikman canlandırmışdı.

Severus Sneqq (Paapa Essyedu)

Amma kitabın pərəstişkarlarını məmnun edəcək məqamlar da var: Mətn daha dəqiq və ətraflı şəkildə lentə köçürülüb. Tammetrajlı filmdə zaman məhdudiyyəti üzündən bunu etmək mümkün deyildi.

Albus Dambldor (Con Litqou)

“Max”ın rəsmi bəyanatında serialın 10 il davam edəcəyi bildirilir.



Ron Uizli (Alaster Staut)

Samir Quliyev
AzVision.az


Teqlər: Kino   Serial   Harri-Potter  



Xəbər lenti